Arxiv
17 mart 2010, 16:53 | REPORTAJ
Hərbi hissəyə səfər (fotolar)

“Şəhid anaları” xeyriyyə cəmiyyətinin Füzuli rayon təşkilatının təşəbbüsü ilə cəbhə bölgəsinə  yollanan qrup arasında olmaq, barıt qoxuyan yurd yerimizə baş çəkmək mənim üçün ciddi bir hadisə idi. Uşaq ikən məcburən tərk etdiyim bölgəyə bir də 17 ildən sonra gedirdim. Füzulidəki “N” saylı hərbi hissədə keçiriləcək tədbirdə hərbçilərə Novruz sovqatı veriləcək, tanınmış müğənnilər Nizami Abdullayev, Səyyad Əlizadə, aşıq Mehdi Mənsimov, bədii qiraət ustası Ağalar Bayramov əsgərlər qarşısında çıxış edəcəkdilərlər. Bizi “N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Zaur Məmmədov və şəxsi heyət qarşıladı. Əsgərlər Novruz bayramı günlərində cəbhə xəttində yerləşən hərbi hissənin ziyarət olunmasına sevinirdilər.

Hərbi hissədə düzənlənən tədbirdə “Şəhid Anaları” Cəmiyyətinin sədri Mənsurə Alışova əsgərləri Novruz bayramı münasibətilə təbrik etdi. Tədbirin aparıcıları, bədii qiraət ustaları Ağalar Bayramov və Zülfiyyə İsmayılovanın səsləndirdikləri hərbi vətənpərvərlik ruhunda olan şeirlər əsgərlərin ovqatına müsbət təsir etdirdi. Tanınmış müğənni Nizami Abdullayevin ifa etdiyi “Vətən oğlu” mahnısı və  onun rəhbərlik etdiyi “Zabul” instrumental ansambılının ifaları isə hərbçilərin ovqatına özgə bir rəng qatırdı. Qeyd edim ki, tədbir keçirilən gün hərbi hissəyə övladlarına baş çəkməyə gələn xeyli valideyn vardı və onlar da bu mərasimdə həvəslə iştirak edirdilər.

Əsgərlərdən birinin “Qarabağ şikəstəsi”ni ifa etməsi isə tədbirin ən yaddaqalan məqamların biri oldu. Digər tanınmş müğənni Səyyad Əlizadənin ifa etdiyi şən manıların təsiri altında əsgərlər rəqs etməkdən doymurdular.

Füzuli Dövlət Dram Teatrı kollektivinin göstərdiyi tamaşalarla tədbir yekunlaşdı. Novruz bayramı münasibətilə əsgərlərimizin döyüş əzmini daha da artırmaq, onları ilhamlandırmaq üçün bir neçə saatlıq görüşümüzü yekunlaşdırıb geriyə yola düşdük.

 

 

 

 

 

 

 

 

Günay Musayeva

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Vəliyevi güllələyən şəxsin işi məhkəməyə GÖNDƏRİLDİ 6 Dekabr 2019, 14:35 "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 6 Dekabr 2019, 14:25 Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42 Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir” 6 Dekabr 2019, 11:35 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas ÇAĞIRDI 6 Dekabr 2019, 11:23 Azərbaycan polisləri də ağac əkdi - FOTO 6 Dekabr 2019, 11:17 Polis 12 şübhəlini saxladı 6 Dekabr 2019, 11:08 Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi 6 Dekabr 2019, 10:55 Vahid Mustafayevdən ETİRAZ: “Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?” 6 Dekabr 2019, 10:47
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?