Modern.az

Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara tətbiq edəcəyi cərimələri açıqladı

Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara tətbiq edəcəyi cərimələri açıqladı

Qarabağ

23 Aprel 2013, 11:27

“Qeyri-hökumət təşkilatları və siyası partiyalar illik maliyyə hesabatlarını hər il aprel ayının 1-i tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir”. Bu sözləri Modern.az saytına açıqlamasında Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib. O qeyd edib ki, Maliyyə Nazirliyi tərəfindən qanuna müvafiq olaraq həmin tarixədək illik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatlarına maliyyə hesabatlarını təqdim etməsinə görə 30 gün əlavə vaxt müəyyən edilib və hər bir təşkilat bu vaxt müddətində müvafiq hesabatını təqdim etməyə borcludur.

“Göstərilən müddət keçdikdən sonra illik maliiyə hesabatını təqdim etməyən qeyri-hökumət təşkilatına və siyasi partiyaya qarşı qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq ediləcək.  

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən siyasi partiyalar da hər il aprel ayının 1-i tarixinədək illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməyə borcludur. Bu günkü günə siyasi partiyaların xeyli hissəsi illik maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim etmiş və proses hazırda da davam edir. Əlavə verilmiş 30 gün müddəti də başa çatandan sonra qəbul edilmiş hesabatlar təhlil ediləcək və müvafiq açıqlama veriləcək.

Hesabatları təqdim etməyən partiya və QHT-lərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci bəndinə əsasən cərimələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, vəzifəli şəxslər 300 manatdan 400 manatadək miqdarda, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 01 aprel 2013-cü il tarixədək illik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları barədəAzərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir. Və Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür” deyə M.Piriyev vurğulayıb.

 

Aytən ƏLİYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!