Ermənistan Nabukko qaz kəməri layihəsində iştirakını istisna etmir. Modern.az e
rməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Almaniyanın Deutsche Welle agentliyinə verdiyi müsahibəsində bildirib. Nalbandyan həyasızcasına bildirir ki, Ermənittan region ölkəsi kimi bütün iqtisadi layihələrdə iştirak etməlidir. “Biz hesab edirik ki, bütün regional layihələrə, xüsusən də iqtisadi layihələrə bütün ölkələr cəlb olunmalıdır. Hər hansı ölkəni bu layihələrdən kənarda qoymaq olmaz”-deyə Nalbandyan bildirib. "Ermənistan bu cür qaz kəməri layihələrində tranzit ölkə kimi iştirak etmək istərdimi" sualına cavabında Nalbandyan qeyd edib ki, energetik resurslarla bağlı olan bütün layihələrdə Ermənistan iştirak etməyə hazırdır. “Əsas məsələ odur ki, bu layihələr real, regionun maraqlarına cavab versin, siyasi motivli olmasın və iqtisadi səmərə versin”.