Modern.az

Media Hüququ İnstitutu İTV-nin baş direktor seçkisini tənqid etdi

Media Hüququ İnstitutu İTV-nin baş direktor seçkisini tənqid etdi

Aktual

23 Aprel 2013, 17:04


Modern.az
xəbər verir ki, Media Hüququ İnstitutu (MHİ) İTV-yə baş direktor seçkilərində pozuntulara yol verilməsi ilə bağlı məlumat yayıb. Media Hüququ İnstitutu İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkilərinin tələm-tələsik və qeyri-şəffaf keçirildiyini bildirir.
“Bu seçkinin MTRŞ tərəfindən ciddi müdaxilələrlə müşayiət olunması seçkinin ədalətliliyinə və İctimai Yayımın müstəqilliyinə kölgə salır”.

MHİ Milli Məclisin İTV Yayım Şurasına aprelin 19-da 3 yeni üzv təyin etməsinin də pozuntularla müşayiət olunduğunu xatırladır.
“Baş direktorun seçilməsi ilə bağlı Yayım Şurasının yığıncağı İTV-nin öz binasında, Yayım Şurasının ofisində yox, MTRŞ-nın ofisində MTRŞ sədrinin rəhbərliyi və müdaxiləsi altında keçirilib. 4 namizədin tanıdılması, onların öz platforma və planları barədə Yayım Şurasına məlumat vermələri, sual-cavablar və Yayım Şurasının namizədləri götür-qoy edib son seçimini etməsi təxminən 50 dəqiqə çəkib”.

Bəyanatın sonunda MHİ hökuməti İctimai Yayım Xidmətinin müstəqilliyinə müdaxilələrdən çəkinməyə, belə müdaxilələrin nəticələrinin araqdan qaldırılması üçün gərəkli addımlar atmağa, tele-radio düzənlənməsi ilə bağlı yerli qanunvericiliyə və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinə əməl etməyə çağırır.  

Aytən Əliyeva
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar