Modern.az

“Eldar Namazovun seçki qərargahı məsələsinə baxılacaq” - AÇIQLAMA

“Eldar Namazovun seçki qərargahı məsələsinə baxılacaq” - AÇIQLAMA

24 Aprel 2013, 11:33


“Eldar Namazovun seçki qərargahının yaradılması “El” Hərəkatının  ümumrespublika müşavirəsinin keçirilməsindən asılıdır. Bundan sonra seçki qərargahı məsələsinə baxılacaq”. Bu sözləri Modern.az-a Hərəkatın sədr müavini Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, Hərəkatın seçki ilə bağlı geniş planları var.  

“Seçki ilə bağlı işlər görüləcək. “El” Hərəkatı təzə yaranıb. Hələ ki, bizə qarşı olan təzyiqlərə müqavimət göstəririk. Amma buna baxmayaraq bizim seçki ilə peşəkarcasına və yaxından məşğul olmaq planımız var”-deyə E.Quliyev vurğulayıb. 

Qeyd edək ki,  yeni yaradılmış “El” Hərəkatının sədri Eldar Namazov prezident seçkisində namizədliyini irəli sürəcəyi ilə bağlı açıqlama verib.   


Aqşin Kərimov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir