Modern.az

Azərbaycan və Latviya prezidentləri təkbətək görüşdülər

Azərbaycan və Latviya prezidentləri təkbətək görüşdülər

24 Aprel 2013, 12:43

Aprelin 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin
təkbətək görüşü olub.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Andris Berzinşin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti görüşdə deyib:
- Hörmətli cənab Prezident!
Mən Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır və Latviya-Azərbaycan əlaqələri bundan sonra çox uğurla inkişaf edəcəkdir.
Bizim aramızda çox yaxşı əməkdaşlıq vardır. Bu əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir. Həm siyasi, həm də iqtisadi əlaqələrimiz inkişafdadır. Beynəlxalq təşkilatlarda da biz çox fəal əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Yəni, iki ölkə arasında heç bir problem yoxdur, yalnız birgə səylərimizi gücləndirib daha da yaxşı əməkdaşlığa nail olmalıyıq. Əminəm ki, səfər zamanı aparılan danışıqlar və keçirilən fikir mübadiləsi bütün məsələlərin həlli üçün yaxşı zəmin yaradacaqdır.
Bir daha xoş gəlmisiniz.

Latviya RPrezidenti Andris qəbul üçün minnətdarlığını bildirərək deyib:
- Cənab Prezident, bizim nümayəndə heyətimiz burada olmağından olduqca şaddır. Bizim bu səfərə xüsusi marağımız vardır. Marağımız o qədər yüksəkdir ki, biz xüsusi olaraq böyük təyyarəni sifariş etdik. Buraya səfər zamanı və səfərdən öncə mən Sizin ölkəniz haqqında bir çox məlumatları toplamağa başladım. Məhz son 20 il ərzində ölkənizin keçdiyi inkişaf yolunu öyrəndim. Bu, sözün əsl mənasında böyük təəssürat bağışlayır.
Aramızda qurulmuş diplomatik münasibətlərin 20 illiyini bu yaxınlarda qeyd edəcəyik.
Hesab edirəm ki, biz artıq bütün məsələlər üzrə, bütün sahələrdə çox yaxşı münasibətlər qurmuşuq. Bu münasibətlərimiz çox yüksək səviyyədədir. Bu, özü-özlüyündə bizim gələcəkdə daha sıx iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi