Modern.az

Rövnəq Abdullayev Türkiyədən media qrupu alır

Rövnəq Abdullayev Türkiyədən media qrupu alır

24 Aprel 2013, 15:18


Türkiyə mətbuatı “Star” media qrupunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan SOCAR Media İctimai Birliyinə satılmasına dair razılıq əldə edildiyi barədə məlumat yayıb. Modern.az  “Hüriyyet” qəzetinə istinadən bildirir ki, “Star” Media Qrupu ilə SOCAR Media İctimai Birliyi arasında uzun müddətdir davam edən danışıqlar satış barədə razılığın əldə olunması ilə yekunlaşıb.

Türkiyədəki “Rixos” otellərinin rəhbəri və “Star” media qrupunun ortağı olan Fəttah Tamince 10 gün əvvəl SOCAR Media İctimai Birliyi ilə danışıqlara başladıqlarını açıqlayıb. Sövdələşmənin dəyəri haqda hələlik informasiya yoxdur.

Qeyd edək ki, adı çəkilən media qrupu iş adamları Fəttah Tamince və Tevhit Karakayaya aid olub. Qrupun tərkibinə “Star” qəzeti və “Kanal-24” televiziyası daxildir. F. Tamince “Star”ın səhmlərini 2009-cu ildə iş adamı Ədhəm Sancaktan alıb.

“Star” qəzeti 1999-cu ildə Uzan ailəsi tərəfindən təsis olunub. Uzan ailəsinin borcları ilə əlaqədar 2004-cü ildə dövlət tərəfindən müsadirə olunan qəzet 2006-cı ildə kiprli iş adamı Əli Özmən Safaya 8 milyon dollar qarşılığında satılıb. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır