Modern.az

Ziyad Səmədzadə: “İpoteka kreditlərinin coğrafiyası genişlənməlidir”

Ziyad Səmədzadə: “İpoteka kreditlərinin coğrafiyası genişlənməlidir”

Aktual

24 Aprel 2013, 16:58

“İpoteka kreditlərinin verilməsi regionlarda da aparılmalıdır ki, şəhərə əsası olmayan axının qarşısı alınsın”. Modern.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, ipoteka krediti üçün vəsait ayrılıb: “Amma əsas məsələ yalnız Bakı, Sumqayıt şəhərlərində bu kreditlərin verilməsi deyil, həm də bura regionların cəlb olunmasıdır. İpoteka kreditləri şəhərlə bərabər regionlarda da verilməlidir ki, orada yaşayan gənc ailələr də bu ipoteka kreditindən istifadə edib, mənzil ala bilsinlər. Belə olan halda şəhərə əsası olmayan axının qarşısını alına bilər. Bununla rayonlarda mənzil fondunu inkişaf etdirmək olar”.

Aytən Əliyeva  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!