Modern.az

Azərbaycanda əsgər hərbçi yoldaşını öldürdü

Azərbaycanda əsgər hərbçi yoldaşını öldürdü

25 Aprel 2013, 10:23

Azərbaycan Ordusunun əsgəri qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 18 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 19 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin motivi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu