Modern.az

Azərbaycanda A-98 markalı benzin yaşıl rəngdə buraxılacaq

Azərbaycanda A-98 markalı benzin yaşıl rəngdə buraxılacaq

25 Aprel 2013, 10:31


Dövlət Neft Şirkəti (ARSDNŞ) özünün emal kompleksində istehsal olunan benzinlərlə bağlı dəyişiklik həyata keçirir.  
ARDNŞ bəyan edib ki, benzin markalarının fərqləndirilməsi məqsədi ilə onların rəngə boyadılması haqda açıqlamalar bəzən ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Bunu nəzərə alaraq, ARDNŞ bir daha bildirir ki, 2013-cü ilin yanvar ayından istehlakçıların hüquqlarının qorunması məqsədi ilə A-92 və A-95 markalı benzinlərin fərqləndirilməsi üçün A-92 növlü avtomobil benzininin qırmızı rəngə boyadılmasına başlanılıb.

Artıq 2013-cü ilin aprelində avtomobil benzinlərinin Dövlət Standartında da 2 saylı dəyişiklik edilib, A-95 və A-98 markalı benzinlərin hazırlanması zamanı istifadə ediləcək oksigenatların (oksigen tərkibli karbohidrogenlərin) növləri və miqdarı haqqında normativ məlumatlar verilib. Dəyişikliyə əsasən, bu benzinlərin fərqləndirilməsi üçün hazırda istehsal olunan A-92 markalı benzinin qırmızı rəngdə boyanması həyata keçirilir, gələcəkdə istehsal olunacaq A-98 markalı benzinin isə yaşıl rəngə boyanması nəzərdə tutulur.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir