Modern.az

Keçmş DTK sədri Vaqif Hüseynov Əkrəm Əylisli haqda yazdı: “Heç kim onun qədər cəsarətli olmadı”

Keçmş DTK sədri Vaqif Hüseynov Əkrəm Əylisli haqda yazdı: “Heç kim onun qədər cəsarətli olmadı”

Aktual

25 Aprel 2013, 11:27

Keçmiş DTK sədri Vaqif Hüseynovun “Bir ömürdən də çox” kitabından seçmələrin növbətini qismini Modern.az oxucularına təqdim edirik. Bu hissədə 80-ci ilin sonlarında Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdə Azərbaycan ziyalılarına dair qeydlər yer alıb. V.Hüseynov ayrı-ayrı tanınmış ziyalıların fəaliyyətini dəyərləndirib.

“Qəzetlər (bir qayda olaraq Xankəndidən kənarda olan) erməni əhalisi nümayəndələrindən geniş sitatlar dərc edir. Onlar sülhə, əmin-amanlığa dair çağırışlar edir, ekstremizmi pisləyirlər. Akademik Abbas Zamanov Marietta Şaginyanın (tanınmış erməni-sovet yazıçı və tədqiqatçısı – red.) 100 illiyi ilə əlaqədar məqalə (“Bakinski raboçi” qəzeti, 2 aprel 1988-ci il) dərc edib və onu “XX əsrin möcüzəsi” adlandırır....

... Necə olursa-olsun, Azərbaycanın millətçi kütləsində həmişə və hər yerdə şairlər peyda olur (Hərəkat rəhbərləri tənqidçiliyi ilə populyar olan Anarla danışıqlar aparıb; onlara İsmayıl Şıxlı da rəğbət bəsləyirdi – imzası tanınan nasir). Anar siyasətdən qaçırdı, Şıxlı isə yaşlanmışdı...

...Bəxtiyar Vahabzadə başqa məsələ. Parlaq şair, əyalət adamı, Leninə dair poema yazsa da, onun barəsində rəsmi ideologiyaya müxalif olması haqda şayiələr gəzir. Millətçi və müxalifətçi şöhrətini ona “Gülüstan” tarixi poeması gətirdi. Müəyyən dairələrdə bu əsəri XIX əsrdə Rusiyanın Azərbaycanı bölüşdürməsinə dair rəsmi nöqteyi-nəzərə əks fikir kimi şərh etdilər. İnadla “xalq şairi” fəxri adı və bütün digər dövlət mükafatlarını almaq istəyən ədib xalq hərəkatının lideri maskasını taxmaq cəsarəti göstərməsə də, mitinq çıxışlarından imtina etmədi, o cümlədən vasitəçilik xidmətlərindən. Bundan da istifadə edib öz qayğılarını partiya kabinetlərində həll etmək imkanı qazandı...

Hər halda ən populyar, səmimi və Qarabağ torpağına sədaqətli şəxs – həqiqi ziyalı və vətənpərvər – geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan kristalloqrafiya məktəbinin yaradıcısı Xudu Məmmədov idi. Onun səmimiliyi bunda idi ki, siyasi lider olmağa can atmır, respublika rəhbərliyini daim tənqid edir, öz qarabağlı yerlilərini sayıq olmağa, erməni separatçılarına qarşı müqavimət göstərməyə çağırırdı. Tədqiqatlarını yarımçıq qoyaraq X.Məmmədov həftələrlə Şuşada, Ağdamda “itib-batır”, Xankəndidə peyda olmaqdan belə qorxmurdu, bununla da o, Arkadi Volski (Qarabağdakı müvəqqəti idarəçilik rejiminin rəhbəri – red.) və onun komanda üzvlərinin qəzəbinə tuş gəlirdi. Qarabağda ona el ağsaqqalı, ümid yeri kimi baxırdılar. Onun rəyinə Əbdürrəhman Vəzirov və Viktor Polyaniçko da qulaq kəsdirirdilər.

Xudu Məmmədova xalq arasında da, hakimiyyətdə də inanırdılar. Səhhətinin pisləşməsinə baxmayaraq, öz ətrafına həmfikirlərini toplamışdı və artıq Azərbaycanda sağlam, vahid məqsədli qeyri-formal ictimai hərəkat yaranırdı. Bu, Xudu Məmmədovun qrupu idi. Təəssüf ki, ölümü bu işi tamamlamağa imkan vermədi...

Düşünən, nüfuzlu ziyalı elitasının yerini boşboğazlar tutmuşdu, onları – milli inqilabçıları tanınmış yazıçı Əkrəm Əylisli belə adlandırmışdı. O, açıq şəkildə bildirdi ki, milli problemləri kütlə vasitəsilə həll etmək istəyənlərlə yoldaş ola bilməz.

1988-ci ildə bu cür bəyanat siyasi bəsirətdən başqa, həm də cəsarət tələb edirdi. Məncə, Əkrəm Əylislinin həmkarları arasında bu hünəri təkrarlamağa cəsarəti çatan bircə adam belə tapılmadı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi