Modern.az

“AGBank” Türkiyəyə pulköçürmələrin qiymətini aşağı salıb

“AGBank” Türkiyəyə pulköçürmələrin qiymətini aşağı salıb

25 Aprel 2013, 13:18

24 aprel 2013-ci il tarixindən etibarən AGBank “UPT-yə Xoş Gəldiniz” kampaniyasına start verir. Aksiya çərçivəsində Türkiyəyə pul köçürən ilk 1000 müştəri cəmi 1 dollar komissiya ödəyəcək!

UPT Azərbaycanda, AGBankın filiallarından, Türkiyədəki bütün poçt xidmətləri şöbələrinə (PTT) və banklara pul göndərib, ala biləcəyiniz  yeganə Türk pul köçürmə sistemidir. UPT ilə bank hesabı açmadan, Türk Lirəsi, Avro və ABŞ Dolları valyutalarında pul köçürmələri edə bilərsiniz. Türkiyədəki bütün poçt xidmət şöbələrindən (PTT) hər hansı birinə, bir dəqiqə ərzində alanın adına pul göndərə bilərsiniz. Pul göndərmək üçün Sizə ən yaxın AGBank şöbəsinə, şəxsiyyətinizi təsdiq edən sənədlə yaxınlaşın. Göndərəcəyiniz məbləği və valyuta növünü seçin. UPT əməliyyatına aid sizə verilmiş köçürmə kodunu alıcıya bildirin. Türkiyəyə pul göndərmək bizimlə daha ucuz və daha sadə. AGBank zəngin olmaq haqqınızdır!  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər