Modern.az

Demokratik Jurnalistlər Liqası vətəndaş cəmiyyətinin problemlərini müzakirəyı çıxarır

Demokratik Jurnalistlər Liqası vətəndaş cəmiyyətinin  problemlərini müzakirəyı çıxarır

25 Aprel 2013, 15:03

Demokratik Jurnalistlər Liqası Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyı Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Vətəndaş cəmiyyətinin  problemləri ictimai müzakirə obyektivində” mövzusunda layihəyə start verib.

Layihənin həyata keçirilməsində məqsəd ictimai əhəmiyyət daşıyan, vətəndaş cəmiyyətini narahat edən mövzular üzrə  müxtəlif ictimai müzakirələr və debatlar təşkil etməkdir. İnternet televiziyasında keçirilməsi planlaşdırılan altı ictimai müzakirə “Siyasi partiyaların büdcədən maliyyələşməsi partiyaların keyfiyyətcə yeni mərhələsidir”,2013-cü il prezident seçkilərində vətəndaş cəmiyyətinin rolunun artırılmasında qarşıda duran vəzifələr”,  “QHT-dövlət dialoqunun yeni mərhələsində gözləntilər”, “Medianın seçkilərdə rolu”, “Ölkə və millət üçün mühüm əhəmiyyət daşıyan məsələlərdə ortaq mövqedən çıxış edilməsinin vacibliyi” və “Vətəndaş cəmiyyətinin inkişafında özəl sektorun missiyası” mövzularına həsr ediləcək.
Müzakirələrdə siyasi partiya rəhbərlərinin, 2013-cü il prezident seçkisində fəal iştirak edən QHT Əməkdaşlıq Alyansının və digər QHT nümayəndələrinin, ictimai rəyə təsir edən media qurumlarının rəhbərlərinin, özəl sektorun və seçki sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərin iştirakı nəzərdə tutulur.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir