Modern.az

İsmət Abbasov Latviyanın kənd təsərrüfatı naziri ilə anlaşıb

İsmət Abbasov Latviyanın kənd təsərrüfatı naziri ilə anlaşıb

25 Aprel 2013, 16:17


Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov latviyalı həmkarı xanım Laimdota Straujuma ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və bu sahədə əməkdaşlığa dair sazişin imzalanması olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İ.Abasov ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensial olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı dinamik olaraq inkişaf edir, ötən il kənd təsərrüfatının artım tempi 6,2 faiz və bu ilin birinci rübündə isə 4,4 faiz təşkil edib. Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının iki dəfə artırılması potensialının olduğunu nəzərə çatdırıb.

Nazir Azərbaycan Dövlət Aqrar Uiniversiteti ilə Latviya Aqrar Universiteti arsında əməkdaşlığın vacibliyini bildirib, eyni zamanda, Azərbaycanın təbii-iqlim şəraititnə uyğun olaraq gələcəkdə Latviyadan ölkəmizə cins mal-qaranın gətirilməsi imkanlarına baxılsdığını qeyd edib.

Xanım Laimdota Straujuma hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığa dair böyük imkanların olduğunu bildirib və Latviyanın aqrar sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib. O, nazir İsmət Abasovu Latviyaya səfər dəvət edib.

Görüşün yekununda Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlğa dair saziş imzalanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?