"Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı qanun niyə qəbul edilmir?"
Modern.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
"Ölkə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil", - deputat deyib.
Parlamentari, həmçinin şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb.
"Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həl olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur, nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə daha da diqqət artırılmalıdır. Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İşsizlikdən sığorta fondunun ilin axırına qalığı 53 milyon manat təşkil edir. Amma ictimai işlərlə məşğul olanlara ayda 300 manat vəsait verilir, yaxşı olardı ki, bu məbləğ 500 manat olardı. Həm də ölkədə olan inflyasiya, qiymət artımını nəzərə alardıq”, - deyə Vahid Əhmədov təkliflər irəli sürüb.
İşsizlikdən sığorta fondunun ilin axırına qalığı 53 milyon manat təşkil edir. Amma ictimai işlərlə məşğul olanlara ayda 300 manat vəsait verilir, yaxşı olardı ki, bu məbləğ 500 manat olardı. Həm də ölkədə olan inflyasiya, qiymət artımını nəzərə alardıq.
Qeyd edək ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edir.