Modern.az

Putin şagirdlərə hicab geyinməyi qadağan etdi

Putin şagirdlərə hicab geyinməyi qadağan etdi

Aktual

26 Aprel 2013, 11:23

 

Rusiya prezidenti Vladimir Putin orta məktəblərdə məktəb  şagirdlərinin hicab taxmasının əleyhinə olduğunu deyib. Modern.az bildrir ki, dünən canlı efirdə suallara cavab verən Putin bu barədə verilən sualı mənfi cavablandırıb.

“Çelyabinskdə orta məktəblərdə tez-tez hicablı qızlar görürük. Bizdə islamlaşma gedir?” sualına Putin belə cavab verib: “Bunda yaxşı heç nə yoxdur. Düzdür, milli respublikalarda milli xüsusiyyətlər var. Amma sizin dediyiniz milli mənsubiyyət deyil, dinə olan münasibətin nümayişdir”.

Putin bildirib ki, Rusiyada və onun müsaəlman regioanlarında heç vaxt hicab ənənəsi olamyıb. “ Bizim ölkədə və müsəlman regioanlarımzıda heç vaxt belə ənənə olmayıb”. Pusiya prezidenti bildirib ki. bir sıra müsəlman ölkələrində hicab taxmaq qadağan olunub. “Mən hesab edirəm ki, orta məkətblərdə vahid məktəbli formasına qayıtmaq zamanı çatıb. Belə iş gedir. Mənə elə gəlir ki. regionlarda bu məsələ unudulmayacaq”-deyə Putin vurğulayıb.  

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı