Modern.az

Gülüstan Sarayında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilir

Gülüstan Sarayında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilir

26 Aprel 2013, 11:50

Bu gün Gülüstan Sarayından Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov öz çıxışında bildirib ki, tədbirdə 48 səfirlik, 31 beynəlxalq humanitar təşkil iştirak edir. Ə. Həsənov deyib ki, ulu öndər dünyəvi siyasətçi olub. “O hər yerdə tanınır. Ulu öndər bütün sahələrin bazasını formalaşdırıb. Təbii ki, o forma baza formalaşmasaydı qısa müddət ərzində bu uğurları əldə etmək olmazdı. O həmçinin hərbi təhsilin bazasını yaratdı”.


Qaçqınkom sədri bildirib ki, Azərbaycanın başına gələn bəlalar məhz Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə baş verib. “Bütün dünya erməniləri Heydər Əliyevə qarşı hücuma keçmişdilər. Azərbaycandakı xəyanətkarların əməllərindən istifadə edirdilər. Bugünkü bəlaların kökü Heydər Əliyevin Azərbaycanda olmamasından irəli gəlirdi. 90-cı illərdə SSRİ dağıldı. Azərbaycanda siyasi xaoslar yaranmağa başladı. Təbii ki, Azərbaycanı gözü götürməyənlər qarışıqlıqdan istifadə edirdi. O zaman dünya erməniləri Qorbaçovdan da istifadə edirdi. Mixail Qorbaçov Heydər Əliyevin yanında çox cılız görünürdü.


Sumqayıt hadisələrinin ermənilər tərəfindən törədilməsini başa düşmədik. Bunun mahiyyətinin sonrada dərk etdik. Onlar Sumqayıt hadisəsi hesabına sonradan baş verən hadisələrə, Dağlıq Qarabağın işğal olunmasına bəraət qazandırmağa çalışdı. 90-cı illərin üç ili çox çətin dövr idi. Azərbaycanın dünya xəritəsindən silinmə təhlükəsi vardı. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bu təhlükələr sovuşdu. Onun səyi nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv oldu. İşğal olunmuş rayonlarla bağlı qətnamələr qəbul olundu, neft kontraktı imzalandı. Neft kontraktının imzalanması da, Azərbaycana investisiya yatırılması da riskli addım idi. Amma investisiya yatıranlar Heydər Əliyevə inamın nəticəsində bu addımı atdılar. O vaxtı neft kontranktı imzalanmasaydı, bu gün inkişaf etmiş Azərbaycan görməzdik. Neft kontraktının ilkin vəsaitləri hesabına dövlət neft fondu yarandı ki, onun ilk vəsaiti də məcburi köçkünlərə yönəldildi. O hər zaman qaçqın və məcburi köçkünlərə həssaslıqla yanaşırdı”.

  Aytən ƏLİYEVA
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı