Modern.az

Ramil Usubov kadr dəyişikliyi etdi

Ramil Usubov kadr dəyişikliyi etdi

Aktual

27 Aprel 2013, 12:02

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub. 4-cü Polis Bölməsinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi, polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad ediliblər.

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsindən azad edilib. Şöbədən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Nazirin başqa bir əmri ilə polis mayoru Rəhim Zalov Gəncədə Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, R. Zalov Gəncəyə təyinat almamışdan əvvəl Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində rəis vəzifəsində salışıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır