Modern.az

“ASAN xidmət” aksiya keçirir - FOTOLAR

“ASAN xidmət” aksiya keçirir - FOTOLAR

Aktual

27 Aprel 2013, 15:53

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki 1 saylı “ASAN xidmət” Mərkəzinin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə keçirdiyi “Kitabımızı paylaşaq” aksiyasına indiyədək 9 müxtəlif təşkilat, həmçinin 4 nəfər ictimai xadim qoşulub. Femida.az-ın xəbərinə görə, həmin təşkilat və şəxslər bunlardır:

1. Azərbaycan Hüquqşünasları Konfederasiyası

2. “Qanun” Nəşriyyatı

3. “Əli və Nino” Kitab mağazası

4.  Atatürk Mərkəzi

5. Dünya Gənc Türk Yazarlar Birliyi

6. Gənc şairə Sevinc Çılğın

7. Yazıçı Varis Yolçuyev

8. Şair Əkbər Qoşalı

9. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu

10. Azərbaycan Gənc Hüquqşünaslar Birliyi

11. Avrasiya Hüquqşünaslar Assosiasiyası

12. hüquq üzrə fəsəfə doktoru, alim Səadət Yusifova

13. Beynəlxaq Avrasiya Mətbuat Fondu.

Qeyd edək ki, aksiyaya aprelin 23-də start verilib. Belə ki, “ASAN xidmət”ə müraciət edən şəxslər, aksiyaya qoşulmaq məqsədilə maraqlı kitablarını vətəndaşlara paylaşa bilər. “Bunun üçün xüsusi olaraq ayrılmış guşəyə kitabınızı qoya, əvəzində isə təqdim olunan kitablardan götürə bilərsiniz. Məqsəd ədəbiyyata və bədii qiraətə marağı artırmaqdır” – deyə, “ASAN xidmət” Mərkəzindən bildirilib.

Hazırda aksiya davam edir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı