Modern.az

Tanınmış vəkil Sərdar Cəlaloğluna lətifə qoşdu

Tanınmış vəkil Sərdar Cəlaloğluna lətifə qoşdu

29 Aprel 2013, 12:13

Tanınmış hüquqşünaş Qurban Məmmədov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu haqda lətifə qoşub. Qurban Məmmədovun Facebook səhifəsində paylaşdığı lətifəni olduğu kimi təqdim edirik:

“Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli və Bəhruz Məmmədov Amerikada Nyu York şəhərində gecə klubunda olanda bir amerikalı yaxınlaşıb onları bilyard oynamağa dəvət edir. Nurəddin müəllimlə, Bəhruz bəy tərəddüd edirlər. Sərdar bəy amerikalının özündən razı tərzindən əsəbiləşir və onun atdığı əlcəyi qaldırır, yarış başlayır.

Qısa müddətdə cəmi bir şar salan Sərdar Cəlaloğlu amerikalıya təbii ki uduzur.

Nurəddin Məmmədli : "Bizi biabır elədin. Bacarmırdın oynamayaydın daa."

S.Cəlaloğlu : "Niyə biabır edirəm qardaş, bu Amerikadı eee, Ermənistan deyil. Amerika çıxdı birinci yerə Azərbaycan da ikinci yerə, nəyi pisdir ki?".

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu