Azərbaycan Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, «Azadlıq» qəzetindən Şuraya daxil olan məlumatda nəşrin əməkdaşları Seymur Həzinin və Xaliq Qarayevin 2013-cü aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb. Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» stansiyası yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişlərilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, sözügedən nazirliyin müfəttişləri media nümayəndələrinə məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar.