Modern.az

İran “Facebook”a təzyiqi artırır

İran “Facebook”a təzyiqi artırır

Dünya

29 Aprel 2013, 14:55


İranın “internet polisi”nin rəhbəri Əli Bali “Facebook”la bağlı maraqlı fikirlər səsləndirib. Modern.az-ın məlumatına əsasən, o, bildirib ki, sosial şəbəkələr cəsusluq üçün ən təhlükəli alətdir. Bundan əlavə Əli Bali “Facebook” şəbəkəsinin İranda boşanma hallarına görə də məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, "Facebook" İranda əxlaqsızlığı yayan vasitə hesab edilir və hökumət tərəfindən girişi əngəllənir. Buna baxmayaraq islam respublikasının sakinləri müxtəlif proqramlardan yararlanaraq sosial şəbəkəyə daxil ola bilirlər. Bəzi məlumatlarada qeyd edilir ki, hazırda İranda 17 milioyon "Facebook" istifadəçisi var.  

Elçin AĞAYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub