Modern.az

Nazir İsraildə səfirlik açılmasından YAZDI

Nazir İsraildə səfirlik açılmasından YAZDI

19 Noyabr 2022, 13:21

Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.

 

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”, - paylaşımda bildirilir.

Sizə yeni x var
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?