Modern.az

Jurnalist təşkilatı uşaq hüquqlarını təbliğ edəcək

Jurnalist təşkilatı uşaq hüquqlarını təbliğ edəcək

Aktual

29 Aprel 2013, 17:58
Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Məcburu köçkünlər arasında uşaq hüquqlarının təbliği” adlı layihənin icrasına başlayıb. Bu barədə JAM sədri, layihənin koordinatoru Seymur Verdizadə məlumat verib.  

S.Verdizadə deyib ki, layihə Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrində həyata heçiriləcək. Layihə çərçivəsində may-iyun aylarında köçkün uşaqların və onların valideynlərinin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır:

“İşçi qrupunun üzvləri  artıq ermənilər tərəfindən işğal edilmiş rayonlardan olan uşaqların problemlərini öyrənməyə başlayıblar. Biz bu problemləri müəyyənləşdirəndən sonra hazırladığımız təklifləri Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edəcəyik. Layihə çərçivəsində həmçinin uşaq hüquqlarına dair ədəbiyaytın hazırlanması nəzərdə tutulur”.

Modern.az      
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür