Modern.az

İstanbul terroruna görə daha 5 nəfər tutuldu

İstanbul terroruna görə daha 5 nəfər tutuldu

Aktual

19 Noyabr 2022, 15:30

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı 5 şübhəli şəxsi saxlayıb.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.

 

Saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu deyilir.

 

Bolqarıstan prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saat saxlanılıb və onların həbsi üçün məhkəməyə tələb irəli sürülüb.

 

İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?