Modern.az

Mirmahmud Mirəlioğlunun Rüstəm İbrahimbəyova təklifləri var

Mirmahmud Mirəlioğlunun Rüstəm İbrahimbəyova təklifləri var

Aktual

30 Aprel 2013, 09:42

Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi KXCP-nin Ali Məclisi milli birlik modeli kimi təklif olunan Milli Şura ilə bağlı bəzi təkliflər irəli sürüb. Partiya hesab edir ki, Azərbaycanda dövlətçilik ənənələrini, xüsusilə də 1918-ci ildə yaradılmış, 1991-ci ildə bərpa edilmiş çağdaş dövlətçiliyin prinsiplərini  özündə ehtiva edən tarixi, hüquqi, milli və əxlaqi dəyərləri əsas götürərək demokratik qüvvələri bir araya gətirəcək Milli Şura aşağıdaki tezislər əsasında formalaşmalıdır.

- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktına imza atmış  istiqlalçı millət vəkillərindən;

- Müstəqillik dövründə demokratik düşərgədən Milli Məclis üzvü seçilmiş millət vəkillərindən;

- Son parlament seçkilərində demokratik düşərgədən iştirak edən və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən pozulmuş haqları tanınan namizədlərdən

ibarət olmaqla 125 nəfərdən təşkil olunsun.

Xatırladaq ki, Milli Şura ideyasını tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov irəli sürüb və hazırda onun formalaşdırlması istiqamətində iş gedir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir