Modern.az

Hesablama Palatasında aksiya keçiriləcək

Hesablama Palatasında aksiya keçiriləcək

30 Aprel 2013, 10:27

Mayın 1-də Hesablama Palatasının təşəbbüsü ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan qanvermə aksiyası keçiriləcək.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qanvermə aksiyasında görkəmli şəxsiyyətin xatirəsi Palatanın foyesində qoyulmuş büstün qarşısında sayğı duruşu ilə bir daha ehtiramla yad ediləcək, önünə gül dəstələri düzüləcəkdir.

Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupunun dəvət edildiyi aksiyada Palatanın bütün kollektivi böyük ruh yüksəkliyi ilə iştirak etmək əzmindədir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir