Modern.az

Daha iki deputat Avropa Parlamentinə qarşı çıxdı

Daha iki deputat Avropa Parlamentinə qarşı çıxdı

Aktual

30 Aprel 2013, 13:46

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışı zamanı bildirib ki, avropalı deputatların atdığı bu addımları pisləyir. Modern.az xəbər verir ki, Q. Paşayeva təkliflə çıxış edib: “Dağlıq Qarabağa gedən avropalı deputatlar bu azmış kimi Avropa tribunasından Azərbaycan Xarici İşlər Nazirliyini ittiham edir. Artıq bu məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, bütün cəmiyyət bu məsələlərə qoşulmalıdır. İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılmalıdır. Həmin ərazilərə səfər etmək, biznesə getmək, konsert vermək kimi əməllərə sərt reaksiya verilməlidir”.

Milli məclisin deputatı Musa Qasımlı isə çıxışı zamanı Dağlıq Qarabağa səfər etmiş avropalı deputatların  ölkəmizdə olduğu səfirliklərinin Xarici İşlər Nazirliyinə çağırılmasını təklif edib.  O bildirib ki, Dağlıq Qarabağa səfər etmiş həmin deputatlar nə qədər Azərbaycanın mənafeyinə uyğun olmasa belə ölkəmizə dəvət olunmalı və həqiqətlər onlara çatdırılmalıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?