Modern.az

"Həzi Aslanov-2" stansiyası tikilir

Aktual

22 Noyabr 2022, 16:04

Bakı metropoliteninin Yaşıl xətti üzrə yerləşən, şərti adı Y-15 olan "Həzi Aslanov-2" stansiyasının tikintisi gələn il davam etdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

 

O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

 

"Hazırda "Həzi Aslanov-2" stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var", - Ə.Osmanov bildirib.

 

Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?