Modern.az

Mətbuat Şurası Vergilər Nazirliyilə birgə jurnalistlər üçün müsabiqə elan etdi

Mətbuat Şurası Vergilər Nazirliyilə birgə jurnalistlər üçün müsabiqə elan etdi

Qarabağ

30 Aprel 2013, 16:37

Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin birgə təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti”  mövzusunda fərdi jurnalist yazılarının müsabiqəsi élan edilib.
Müsabiqənin məqsədi Azərbaycanın müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqənin mövzuları aşağıdakı kimidir:

Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti;
Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri;
Əmək müqaviləsi: gələcəyə təminat.

Müsabiqəyə hər üç istiqamət üzrə təqdim edilmiş yazıların mükafatlandırması nəzərdə tutulur.

I yer (3) -  800 manat
II yer (3)  - 500 manat
III yer (3) – 300 manat

Bundan əlavə, 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək. Qaliblər Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi diplomları ilə təltif olunacaqlar.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

3. Yazıda “Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbulu 1 may 2013-cü il tarixdə başlayır, 24 may 2013-ci il tarixdə bitir. Müsabiqənin nəticələri 10 iyun 2013-cü ilədək açıqlanacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?