Modern.az

İranda Şah Abbasın qələbəsini qeyd ediblər

İranda Şah Abbasın qələbəsini qeyd ediblər

Dünya

30 Aprel 2013, 17:21

30 aprel tarixi İranda Fars körfəzi günü kimi qeyd olunur. Fars körfəzi İranın tərkib hissəsi olmaqla tarixi su yoludur. Bu gün Səfəvi hökmdarı Şah Abbasın (1587-1629) Portuqaliya hərbi qüvvələrini 1622-ci ildə Fars körfəzindən çıxarmasının ildönümüdür. 1960-cı ildən sonra hazırlanmış xəritələrin əksəriyyətində və müasir müqavilələrdə ərazinin adı  Fars körfəzi kimi yazılır. İranda 2004-cü ildən bu yana Fars körfəzi günü qeyd olunur.
İran prezidenti Mahmud Əhmədinejad bu günü qeyd etmək məqsədilə Tehranın Əl-Bürc orta məktəbində keçirlimiş tədbirdə deyib:
”Fars körfəzi günü regionda dostluq və təhlükəsizliyi formalaşdırmaq üçün böyük imkandır”.

Peykər İbrahimova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir