Modern.az

Baş Prokurorluq: “Gülər Əhmədovanın cinayətləri tam sübuta yetirilib”

Baş Prokurorluq: “Gülər Əhmədovanın cinayətləri tam sübuta yetirilib”

Aktual

1 May 2013, 11:39

Baş Proqkurorluq hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən iradlara cavab verib. Modern.az saytının məlumatına görə, Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı bildirib ki, Gülər Əhmədovanın təqsirləndirilən şəxs kimi əsassız olaraq həbsdə saxlanılması və onunla bağlı hər hansı bir istintaq hərəkətinin aparılmaması barədə vəkillərin səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur.

"Belə ki, Bakı şəhər prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib.Ona görə də kifayət qədər əsaslar olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

E.Sultanovun sözlərinə görə, hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun həbsi Azərbaycan Beynəlxaql Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı rüşvət videosundan sonra gerçəkləşib.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır