Modern.az

Zeynəb Xanlarovanın ABŞ-a səfəri təxirə salına bilər

Zeynəb Xanlarovanın ABŞ-a səfəri təxirə salına bilər

1 May 2013, 11:46

Xalq artisti Zeynəb Xanlarovanın Amerikaya səfəri təxirə salına bilər. Modern.az-ın məlumatın görə, xalq artistinin Amerika Birləşmiş Ştatlarına nəzərdə tutulan səfərinin vaxtı hələ ki, məlum deyil.

Zeynəb Xanlarovanın Modern.az-a verdiyi məlumata görə, səfərin tarixi ilə bağlı hələ ki dəqiqləşdirmələr aparılır. Xalq artisti yay aylarında istirahətdə yollanacağından səfər yay aylarına təsadüf etməyəcək.

Qeyd edək ki, Z.Xanlarovanın ABŞ-a 20 günlük səfəri çərçivəsində o, Çikaqo, Los-Anceles və San-Fransisko kimi böyük şəhərlərdə konsert proqramı ilə çıxış edəcəkdi.  

Gültəkin Ələsgər
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir