Modern.az

Veteranlaran futbolçulardan ibarət komandaların tərkibi açıqlandı

Veteranlaran futbolçulardan ibarət komandaların tərkibi açıqlandı

1 May 2013, 12:03

 

Modern.az xəbər verir ki, bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycan veteranları ilə beynəlxalq veteranlar yığması arasında baş tutacaq oyunda iştirak edəcək idmançıların adları məlum olub. Beləliklə, Azərbaycan veteranları yığmasının heyətində  Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xuduyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İsgəndər Cavadov, İqor Ponomaryov , Vaqif Sadıxov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rızayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev və Müşfiq Hüseynov çıxış edəcək. Komandanın məşqiçiləri Ağasəlim Mircavadov və Səməd Qurbanovdir.

Beynəlxalq veteranlar yığmasının tərkibi isə belədir: Berti Foks, Uli Ştayn , Dario Şimiç , Tomas Stjepan, Edmar Berdardes, Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Acı, Rüştü Rəcbər, Andrey Kançeliski , Revaz Arveladze, Arçil Arveladze, Lionid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqif Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Tsxadadze, Nikolay Boqdanov.

Xatırladaq ki, görüş saat 20:00-da Bayıl arena stadionunda oyunanılacaq.

 

Abbas Quliyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir