Modern.az

Müavinət və sosial yardım alanların NƏZƏRİNƏ!

Müavinət və sosial yardım alanların NƏZƏRİNƏ!

Aktual

25 Noyabr 2022, 17:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Bundan əvvəl, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

Beləliklə, bütün sosial təminat növləri üzrə noyabr ayının ödənişləri bu gün yekunlaşıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi