Modern.az

Müqavilə imzalandı - Kiyevə yardım müddəti uzadıldı

Müqavilə imzalandı - Kiyevə yardım müddəti uzadıldı

Dünya

26 Noyabr 2022, 14:55

Ukraynanın Baş naziri Denis Şmıqal, Polşanın hökumət başçısı Mateuş Moravetski və Litvanın Baş naziri İnqrida Smonyte rəsmi Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıblar.

 

Modern.az xəbər verir ki, bunu D.Şmıqal "Telegram"da yazıb.

 

Sənəd noyabrın 26-da Kiyevdə “Lüblin üçbucağı” formatındakı görüş çərçivəsində imzalanıb.

 

Bəyanatın məqsədi Ukraynaya yardımın gücləndirilməsi, həmçinin bu ölkənin NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlüyünün sürətləndirilməsidir.

 

Bəyanatda Ukraynaya hərbi, maliyyə və humanitar yardımın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, “Lüblin üçbucağı” Ukrayna, Litva və Polşanı birləşdirən diplomatik təşəbbüsdür. Bu alyansın yaradılması haqqında bəyannaməni iştirakçı ölkələrin xarici işlər nazirləri 28 iyul 2020-ci ildə Polşanın Lüblin şəhərində imzalayıblar. Bu format çərçivəsində Varşava, Vilnüs və Kiyev siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq edir.

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?