Modern.az

Cinayətkar: “Dilim-dilim olasan, dilim!”

Cinayətkar: “Dilim-dilim olasan, dilim!”

19 Mart 2010, 13:52

Amerikada edam olunmayacağını bilən cinayətkar dil açaraq törətdiyi cinayətlərin detalları  barədə danışmağa başlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Pol Pauell 1999-cu ildə Steysi Rid adlı qadını qətlə yetirməkdə, eləcə də onun 14 yaşlı bacısını zorlamaqda ittiham olunub. Virciniya ştat məhkəməsi onun barəsində əvvəllcə ölüm hökmü çıxarıb, lakin sonradan bu qərardan Ali Məhkəməyə apellyasiya  şikayəti verilib və ölüm hökmü ləğv olunub. Paull məhkəmədə sübut edə bilib ki, cinayətləri bir –birindən ayrı-ayrılıqda törədib. Məhkəmə isə ayrı-ayrı işlərə görə Pauell barədə edam hökmü çıxara bilməzdi.

Edam olunmayacağını görən Paull sevinərək prokurora məktub yazaraq onu səfeh adlandırıb və törətdiyi cinayətlərin bütün təfərrüatlarını açıqlayıb. Məktubdan  məlum olub ki,  hər iki cinayəti ümumi məqsəd birləşdirib. Bunu isə istintaq gedişində sübuta yetirmək mümkün olub. Məktubdan sonra yeni araşdırmalar başlayıb və Pauell dilinin bəlasına düşüb. Onu məhz məktubunda yazmış olduğu  faktlar əsasında elektrik stuluna oturdaraq edam ediblər. Edamdan qabaq o, dilini dinc qoymadığına görə özünü lənətləyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi