Modern.az

Piyadanı vurub qaçan sürücü TUTULDU

Piyadanı vurub qaçan sürücü TUTULDU

Aktual

7 Dekabr 2022, 09:58

Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rəsmi məlumata görə, piyada hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub.

Avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov saxlanılılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?