Modern.az

Məşhur oliqarxın nişanlısı Berezovskinin son günlərindən danışdı

Məşhur oliqarxın nişanlısı Berezovskinin son günlərindən danışdı

7 May 2013, 18:10


Məşhur rus oliqarxı, bu yaxınlarda müəmmalı şəkildə ölən Boris Berezovskinin dünənki dəfni ərəfəsində onun 2008-ci ildə tanş olduğu qadın - nişanlısı Katerina Sabirova mərhum milyonerin ölümündən əvvəlki günlərdə özünü necə aparmasından danışıb.

Qeyd edək ki, Katerina Sabirova modeldir. Və o, Berezovskini ən son görən insanlardan biri olub. Model xanımın sözlərinə görə, ölümündən bir neçə müddət əvvəl Berezovski depressiyaya düşübmüş, hətta o vəziyyətdəymiş ki, günortayadək yatağından çıxmır, ən yaxın dostları ilə belə,  görüşmürmüş.
Modern.az “İnoPressa”ya istinadən xəbər verir ki, Katerina Sabirovanın sözlərinə görə, keçən ilin sentyabr ayında “Çelsi” futbol komandasının rusiyalı sahibi Roman Abramoviçə uduzduğu məhkəmə prosesindən sonra Berezovski çox dəyişibmiş, hətta yemək yemir, evdən çölə çıxmırmış.

“O, deyirdi ki, özünü pis hiss edir və bilmir ki, bundan sonra necə yaşayacaq” - Sabirova deyib. O da Berezovskinin digər yaxın dostları kimi oliqarxın özünə qəsd etməsinə inanmır:

“Şübhə yoxdur ki, o dərin depressiya keçiriridi, amma mən inanmıram ki, özünü öldürüb. O heç vaxt belə bir iş görməzdi, hələ öz yaxınlarına məktub yazmaq... Mənim yadımdadır, bir dəfə mənə dedi ki, əgər onun Rusiyadan olan düşmənləri gələrsə, qorxduğu yeganə şey ağrılı ölümdür”.
 
Məşhur model həmçinin onu da deyib ki, Boris Berezovski o qədər pis haldaymış ki, hətta Rusiya prezidenti Vladimir Putinə iki səhifəlik məktub yazaraq, üzr istəyib və Rusiyaya qayıtmağa icazə verilməsini xahiş edib.

“O çarəsiz bir şəkildə vətənə geri dönəcəyini gözləyirdi və düşünürdü ki, Putin onun Rusiyaya geri qayıtması üçün yeganə şansıdır. Noyabr ayında mənə dedi: ”Hə, indi mən cavab gözləyəcəm”. Cavabsa gəlmədi”- deyə Boris Berezovskinin nişanlısı Katerina Sabirova söyləyib.

Xatırladaq ki, Boris Berizovski İngiltərədəki mənzilində asılı vəziyyətdə tapılmışdı. 28 matrtdan etibarən Berezovskinin ölümü ilə bağlı istintaq araşdırmaları başlanıb. Hələki istintaqın gedişinə əsasən Boris Berezovskinin ölüm səbəbi özünü asmaqdır. Əsas ehtimalın intihar olduğu bildirilir.

Günəş FƏRHADLI  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir