Modern.az

Yer kürəsinin təhlükəli düşməni

Yer kürəsinin təhlükəli düşməni

21 Mart 2010, 10:47

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) alimləri Günəş sisteminin ən çox maraq doğuran sirrini açmağa yaxınlaşıblar. Onlar aparıcı alimlərin orbitdə mövcudluğu barədə əvvəllər xəbər verdikləri görünməyən planetin yerini və orbitini müəyyənləşdirə biliblər.
Böyük Britaniyanın “San” qəzetinin yazdığına görə, kainatdakı arzuolunmaz qonşumuzu vizual görmək mümkün deyil. Həmin planet yunan əsatirindəki qisas ilahəsi kimi Nemesis (Nemezida) adlandırılıb.
Ölçülərinə görə Yupiterdən 5 dəfə böyük olan Nemesis bizim planetlər sisteminin kənarındadır və ümumi mərkəzli orbit üzrə Günəş ətrafında fırlanır.
Nemesisin hərəkət xüsusiyyəti belədir ki, həmin planet kometlərin və asteroidlərin toplaşdığı məşhur Oorta buludundan keçir. NASA alimlərinin gəldikləri nəticələrə görə, Nemesisin məhz qravitasiya sahələri meteoritləri, kometləri və asteroidləri Yer kürəsinə doğru istiqamətləndirir. Amerika mütəxəssisləri istisna etmirlər ki, planetimizdə bir neçə on milyon il fasilələrlə baş verən qlobal təbiət hadisələri Nemesislə əlaqədardır.
Hazırda NASA-nın kosmosa çıxarılmış ən yeni infraqırmızı teleskopu Oorta buludunu müşahidə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi