Modern.az

Bakıda ər arvadını BIÇAQLADI

Bakıda ər arvadını BIÇAQLADI

Hadisə

16 Dekabr 2022, 00:42

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonunun Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir. 

 

Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?