Modern.az

Dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər olacaq

Dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər olacaq

Təhsil

20 Dekabr 2022, 12:08

Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Məsələ ilə əlaqədar strategiyanın təsdiqləndiyini bildirən DİM rəhbəri əlavə edib ki, bu strategiya çərçivəsində səriştə modelinə keçilməsi nəzərdə tutulur:

 

“Ona görə bizim ekspertlər və mütəxəssislər yeniliklərə hazır olmalıdır. Pilot layihələr əsasında yeni normativləri təqdim edəcəyik və bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq quracağıq”.

 

M. Abbaszadə bildirib ki, dünya üzrə dövlət qulluğunda 58% insanlar işləyir:

 

"Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, bizim ölkədə də bu rəqəmlər bağlı araşdırmalar aparılmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə