Modern.az

NATO-dan serbləri qorumağı xahiş edirəm - Vuçiç

NATO-dan serbləri qorumağı xahiş edirəm - Vuçiç

Dünya

20 Dekabr 2022, 15:16

Serbiya prezidenti Aleksandr Vuçiç NATO-ya müraciət edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Vuçiç bu barədə sosial şəbəkə hesabında yazıb.

 

"NATO-dan Kosovadakı serbləri qorumağı xahiş edirəm Serbiyanın hərbi neytrallıq mövqeyinə hörmətlə yanaşdıqları üçün təşəkkür edirəm", - deyə Serbiya prezidentinin paylaşımında bildirilib.

 

Qeyd edək ki, son günlərdə Kosovada vəziyyət yenidən gərginləşib. 2008-ci ildə müstəqilliyini elan edən və ABŞ, Türkiyə, Avropa ölkələri tərəfindən tanınan Kosovanı Serbiya öz ərazisi hesab edir. Azərbaycan da Kosovanı Serbiyanın ərazisi kimi tanıyır.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!