Modern.az

İranda dəhşətli zəlzələ: xeyli ölən var Yenilənib

İranda dəhşətli zəlzələ: xeyli ölən var Yenilənib

11 May 2013, 13:15

Mayın 10-da axşam saatlarında İranda zəlzələ baş verib. Modern.az-ın İran mətbuatına əsasən verdiyi məlumata görə, təbii fəlakət İranın Şimali Xorasan vilayətində yerli vaxtla saat 20:25-də (Bakı vaxtı ilə 20:55-də) meydana gəlib. 4.2 bal gücündə olan zəlzələnin episentri Bocnurd şəhəri olub və yerin 5 kilometr dərinliyində baş verib. Təbii fəlakət Bocnurddan 7 km, Əsfarayendən 41 km, Pişgalədən 42 km və Tehrandan 568 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib. 

 ***

Son məlumata görə, İranda gün ərzində növbəti güclü zəlzələ olub. 6,2 bal gücündə olan təkanlar Bender – Abbasdan 160 km şimal şərqdə olub.

Xormazqan vilayətinin qubernatoru İbrahim Əzizi məlumat verib ki, 9 ardıcıl təkan olub.Təbii fəlakət zamanı 15 nəfər xəsarət alıb. Yaralanan şəxslərdən birinin vəziyyəti həkimlər tərəfindən kritik olaraq qiymətləndirilib.  

Elçin AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir