Modern.az

İranda 8 qadın prezident olmaq istəyir

İranda 8 qadın prezident olmaq istəyir

Dünya

11 May 2013, 11:27


Mayın 7-dən başlayaraq bu günə kimi 336 İran vətəndaşı prezident seçkisinə namizədliyi qeydiyyata alınıb. Modern.az-ın İran mətbuatına əsasən verdiyi xəbərə görə, prezident seçkisinə 8 qadın namizəd qismində qeydiyyatdan keçib.

Bu barədə İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nədcar jurnalistlərə açıqlamasında “Qeydiyyatdan keçən 336 vətəndaşın 8-i qadındır”, – deyə məlumat verib.

Prezident seçkilərinə namizədlərin qeydiyyatı Daxili İşlər Nazirliyində bu gün axşam saat 18:00 kimi davam edəcək. Seçkilərdə iştirak edəcək namizədlərin adları mayın 22-23-də İranın Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq. Prezident seçkisi iyunun 14-də keçiriləcək.

Qeyd edək ki, 2009-cu il seçkisində 475 namizəd olsa da Müşahidə Şurası onlardan 4-nün namizədliyini təsdiq edib. Buna görə də qeydiyyatdan keçən 336+ nəfərdən neçə namizədlin təsdiq olması İranın Müşahidə Şurasının qərarından asılıdır.

 

Elçin AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır