Modern.az

Bu gün hava meteohəssas insanlar üçün əlverişlidir

Bu gün hava meteohəssas insanlar üçün əlverişlidir

Aktual

21 Dekabr 2022, 10:15

“Soyuq atmosfer cəbhəsi dünən şimal-qərb küləyinin 30 m/s-ə qədər güclənməsindən, temperaturun aşağı düşməsindən tutmuş, ölkə ərazisində qeyri-bərabər paylanmış yağıntılara qədər geniş spektrli hava hadisələri ilə müşayiət olunub”.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva məlumat verib.

 

Onun sözlərinə görə, dağlıq ərazilərə qar yağıb, Qaxda qar örtüyünün hündürlüyü 15 sm, Şahdağ, Lerik və Şəkidə 3 sm, Altıağac, Quba, Qusar və Daşkəsəndə 1 sm olub.

 

“Bu gün yüksək atmosfer təzyiqi (775 mm civə sütunu, normadan xeyli yüksəkdir) fonunda aydın və az buludlu hava şəraiti hökm sürür. Gün ərzində güclü küləyin əsəcəyi gözlənilmir. Havanın temperaturu iqlim normasına uyğundur. Bu gün meteohəssas insanlar üçün xüsusilə əlverişlidir”, - deyə o bildirib.

 

Atmosfer proseslərinin sürətlə dəyişdiyini deyən Xidmət rəhbəri, sabah Bakıda və ölkənin şərq rayonlarında buludluluğun artacağını, hətta çiskinli yağış yağacağının gözlənildiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi