Modern.az

Savad yalnız oxuyub yazmaqla ölçülmür - DİM sədri

Savad yalnız oxuyub yazmaqla ölçülmür - DİM sədri

Təhsil

21 Dekabr 2022, 11:36

Gənclər başa düşməlidir ki, əmək bazarında onlar ən azı 5 dəfə fəaliyyət istiqamətlərini dəyişməli olacaqlar.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Gələcəyə hazır ol" karyera inkişafı forumunda deyib.

 

DİM rəhbəri bildirib ki, gənclər öz sahələrində olan proqramlarla işləməyi bacarmalıdır.

 

“İndiki zamanda insanın savadlı olması yalnız oxuyub yazmaqla ölçülmür. IT texnologiyasını istifadə etməyi bacarmaq mütləq lazımdır”,- deyə M.Abbaszadə əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə