Modern.az

Xalqın xilaskarı

Xalqın xilaskarı

11 May 2013, 12:25

Şəmşir ŞƏMŞİRLİ,

Aşıq Şəmşir mədəniyyət ocağı“ İctimai Birliyinin sədr müavini

Fikrimi xalqımızın ümummilli lideri Heydər Əliyevin bir hikmətli kəlamı ilə başlamaq istəyirəm. Çünki ulu öndər daim bizim istinad yerimizdir. O, azərbaycanlı olduğu üçün qürur hissi ilə demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Bu hikmətli kəlamın sahibi haqqında fikirlərimi bildirmək, bir Azərbaycan gənci kmi, mənə böyük şərəfdir. Ulu öndərimiz Heydər Əliyevin xalqımız, dövlətimiz, millətimiz üçün etdiklərini görərək və dərk edərək, onun haqqında söz açmaq mənim üçün o qədər də asan deyil. Çünki ümummilli lider kimi xalqın tarixinə yazılmaq şərəfdir. Bu şərəfli ömrü yaşamaq təii ki, hər kəsə nəsibö olmur. Ulu öndər Heydər Əliyevə qəlbimdə olan məhəbbəti ifadə etmək isə mənim üçün şərəflidir.

Zaman-zaman tarixin sərt sınaqlarından çıxan Azərbaycan ötən əsrin sonlarında nəhayət, nail olduğu müstəqilliyi və dövlətçiliyi məhz Heydər Əliyev mətanətinin, iradəsinin sayəsində tarix səhnəsində duruş gətirə bilmişdir.

Müstəqil Azərbaycanda dinə və dinlə bağlı mənəvi dəyərlərə münasibət məsələsində dövlətin mövqeyinin mahiyyəti və əsas yönümləri, Heydər Əliyevin müxtəlif yığıncaq və toplantılarda söylədiyi fikirlər mənəvi dəyərlərin formalaşmasında böyük töhfədir. Heydər Əliyev irsinin bu töhfələrindən bundan sonra da geniş şəkildə istifadə olunmalıdır.

Ümummilli lider ömrünün bütün qalan hissəsini dövlət müstəqilliyinin möhkəmlənməsinə sərf etmiş, müstəqilliyimizi əbədi və dönməz prosesə çevirmişdir. Həmin illər milli ordu quruculuğu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahıtlar həyata keçirilmiş, ilk milli Konstitusiyamız qəbul edilmiş, əsas insan hüquq və azadlıqlarının qorunmasına təminat verilmişdir. Ölkəmizdə ilk dəfə olaraq azad və ədalətli seçkilər keçirilmiş, özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyəti təmin edilmişdir.

Azərbaycanın demokratiya yolunda qısa vaxt ərzində əldə etdiyi nailiyyətlər bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Avropa Şurasının, UNESKO, MDB, QİƏT, İKT, GUAM-ın, Dünya Sülh Şurasının, Beynəlxalq Valyuta Fondunun Dünya Bankının, Beynəlxalq Bərpa və İnkişaf Bankının, habelə çoxlu sayda beynəlxalq və məhəlli təşkilatların, birliklərin, konvensiyaların fəal üzvüdür. NATO və Avropa Birliyi ilə tərəfdaşlıq edir.

Vaxtilə Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün imkanlar yaratmış ümummilli lider yaxşı bilirdi ki, onlar yaxın gələcəkdə Azərbaycanın ayrı-ayrı sahələrinin inkişıf üçün kadr potensialıdırlar. Ona görə də təkcə istehsalat, xidmət və iqtisadiyyat sahəsində siyasət aləmi üçün də Azərbaycana yeni nəslin nümayəndələri lazım idi, həm də müstəqil düşünməyi və mübarizə aparmağı bacaran, özünü gələcəyə hazırlamağı qarşısına məqsəd qoyan gənclərə daha üstünlük verilirdi.

Azərbaycan xalqı öz prezidentinə - cənab İlham Əliyevə inanır. Onun müdrikliyi, uzaqgörənliyi, siyasi nüfuzu, beynəlxalq aləmdəki uğuru xalqa işıqlı sabahlardan xəbər verir. Axı, Ulu Öndəri-miz də bir vaxtlar «Mən Ona özüm qədər inanıram», söyləmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illər ölkənin siyasi həyatında qazan-dığı uğurların əsasında ulu öndərimiz Heydər Əliyev idarəçilik sistemini gördük. Həmişə priori-tetləri müəyyən edib, bütün potensialı həmin istiqamətə yönəltmək məhz Heydər Əliyev siyasi gedişləridir. Bu ardıcıllığı son illər ölkədə keçirilən məqsədyönlü tədbirlərdə daha aydın görmək oalr: Bunun üçün qısa xronikaya müqayisəli şəkildə diqqət yetirmək yerinə düşərdi:

1993-cü il — erməni hücumlarının qarşısı alınır.

1994-cü il — atəşkəsə nail olunur.

1995-ci il — ictimai-siyasi sabitlik bərpa olunur.

1996-cı ildən ölkədə iqtisadi-sosial inkişaf mərhələləri başlanır, infilyasiyanın qarşısı alınır.

Belə bir ardıcıllığı biz cənab Prezidentimiz İlham Əliyevin fəaliyyətində də görürük:

1993-95-ci illərdə neft müqavilələri reallaşdırılır.

1997-ci ildə — Milli Olimpiya Komitəsinin prezidenti seçilir.

2001-ci ildən Avropa Şurasında fəaliyyətə başlayır və nəhayət, 2003-cü ilin Prezident seçkiləri kampaniyasına qatılır.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilir.

İlham ƏLİYEV hər bir azərbaycanlının prezidenti olduğunu təsdiqləmişdir. 2003-cü ilin 15 okt-yabrından bugünədək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu əməli fəaliyyəti ilə təsdiqləyir.

Heydər Əliyev Azərbaycana, Azərbaycan xalqına həm də İlham Əliyev kimi bir lider bəxş etmiş-dir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti barədə hər bölmədə ətraflı məlumat verdiyimizdən, faktları burada təkrarlamağa lüzum görmürük.

Beləliklə, Azərbaycan xalqı xoşbəxtdir ki, onun ulu öndərimiz kimi, yetişdirdiyi tarixi şəxsiyyəti olmuşdur. Məhz Heydər Əliyev siyasətinin bəhrəsidir ki, ölkəmiz ildən-ilə qüdrətlənir, iqtisadi, mədəni həyatında görünməmiş dərəcədə inkişaf nəzərə çarpır. Bütün bunlar isə təbii ki, xalqımı-zın gəlcəkdə daha firavan yaşamasına real zəmin deməkdir. Qarabağ probleminin həlli isə, bildi-yimiz kimi, təkcə beynəlxalq ictimaiyyətin hələ də davam edən ikili standartlı münasibətindən deyil, həm də iqtisadi, siyasi potensialımızın gücündən və xalq-hakimiyyət birliyindən asılıdır. Biz bu birliyə nail olduğumuz üçün bütün problemlərin həllinə qətiyyət və inamla nail olacağıq.

Min illərlə tarixi olan bir xalqın dünya xəritəsindən silinmək təhlükəsi yarananda, vətənimiz parçalananda Allah o böyük insanı yetirdi. Xalqımız öz xilasını onda tapdı. Qardaş qırğınına son qoyuldu. Bir-birinin ardınca mənfur düşmənlərimiz tərəfindən rayonlarımızın işğalının qarşısı alındı. Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Öz həyatını təhlükəyə atan milli liderimiz xalqımızı, vətənimizi böyük təhlükələrdən xilas etdi. Üçrəngli bayrağımızı yüksəklərə ucaltdı. Azərbaycan adlı məmləkəti yenidən qurdu, yaratdı. Özündən sonra gələn nəsillər üçün böyük və əvəzsiz bir miras qoydu. Öz adını Azərbaycanın və dünyanın tarixinə qızıl həriflərlə əbədi olaraq həkk etdi. Hər bir azərbaycanlının ürəyində özünə əbədi yer tapdı.

Xalqımızın tarixini, mədəniyyətini dərindən öyrənərək onu öz çıxışları ilə hər bir azərbaycanlıya anlatdı. Xalqı öz adı, mədəniyyəti, tarixi, ədəbiyyatı ilə qürur duymağa səslədi. Öz qətiyyəti, iradəsi və zəkası ilə buna tez bir zamanda nail olaraq Xalqın qəhrəman oğluna, öndərinə çevrildi. Ulu öndərimiz hər sahədə olduğu kimi, uşaqların, gənclərin qayğısına qalmağı da unutmadı. “Gələcək gənclərindir” deməklə bizlərin məsuliyyətini özümüzə anlatdı. Qurub yaratdığı Azərbaycanı bizlərə əmanət qoyub getdi. Ondan əmanət qalan bu Vətəni göz bəbəyi kimi qorumaq bizim ən büyük borcumuzdur. Biz gənclərə sonsuz qayğı göstərən, bizim savadlı, genişdünyagörüşlü olmamızı, vətənimizin tarixini gözəl bilməmizi ürəkdən istəyən ulu öndərimiz bizlərə əsl vətəndaşlıq nümunəsi olmuşdur.

Bu gün ulu öndərin bir şah əsər kimi yaratdığı Azərbaycanımız, bizlərə miras qoyduğu gözəl vətənimiz etibarlı əllərdədir. Heydər Əliyev irsinin ən layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev öz ağlı, düşüncəsi və yorulmaz siyasi iradəsi ilə Azərbaycanımızı ulu öndərin görmək istədiyi zirvələrə doğru inamla aparır. Dünya siyasi arenasında mükəmməl siyasətçi kimi özünü təsdiq edən, böyük nüfuz qazanan cənab İlham Əliyev dövlətçiliyimizin qorunub saxlanması, xalqımızın firavan yaşaması naminə də böyük işlər görür. Bu sağlam və düşünülmüş siyasi gedişlərlə möhtərəm prezidentimiz bizdə gələcəyə böyük inam yaradır. Biz

müstəqil Azərbaycanın gəncləri möhtərəm prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü işğal altında olan vətən torpaqlarımızı siyasət nəticəsində azad edəcək.

Biz gənclər bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkəmizin inkişafi və çiçəklənməsi naminə həyata kecirdiyi məqsədyönlü siyasətini ürəkdən dəstəkləyir, öz elmimizi, savadımızı artırmaqla doğma vətənimizi - Azərbaycanımızı dünyada təmsil etməyə var gücümüzlə çalışırıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir