Modern.az

Jalə Əliyeva İstanbulda Heydər Əliyevdən danışıb

Jalə Əliyeva İstanbulda Heydər Əliyevdən danışıb

Aktual

11 May 2013, 16:44

Mayın 10-da Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.Konsulluqdan Modern.az-a verilən məlumata görə tədbirdə ARDNŞ-nın prezidenti, millət vəkili Rövnəq Abdullayev, deputat Jalə Əliyeva Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, azərbaycanlı iş adamı Mübariz Mənsimov, Mərmərə qrupu başqanı Akkan Suver, Türkiyə-Azərbaycan Dostluq Dərnəyi başqanı və üzvləri, türkiyəli aydınlar, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, hərbi müdavimlər, zabitlər iştirak ediblər.

Tədbirdə iştirak edən millət vəkili Jalə Əliyeva Heydər Əliyevin Azərbaycan üçün etdiklərindən, onun ölkə üçün fəaliyyətindən danışıb. O, bildirib ki, bundan 90 il əvvəl əzəli və əbədi Azərbaycan torpağında, qədim Naxçıvanda sadə bir azərbaycanlı ailəsində bir oğlan dünyaya gəldi:

“Bu uşaq sayca ailənin dördüncü övladı idi. Bəlkə elə buna görə, ya da adi bir təbiət hadisəsi olduğu üçün bu uşağın dünyaya gəlişi ailəsi, qohumları, yaxınları tərəfindən sıradan bir hadisə kimi qarşılandı. Uşağın adını Heydər qoydular. O günə nə valideynləri, nə də ətrafdakılar bilirdilər ki, balaca Heydər çox keçməyəcək ki, nəinki onların, doğulduğu torpağın qüruru olacaq. Valideynləri və yaxınları bunu da bilmirdilər ki, bir az da keçəcək o, bütün bir xalqın öndərinə çevriləcək. Xalqı da ona çox haqlı olaraq Ulu Öndər adını verəcək.

Onu bizdən ayıran bu on ildə haqqında yüzlərlə əsər yazılıb, onlarla mahnı bəstələnib, filmlər çəkilib. Saysız hesabsız konfranslar, toplantılar düzənlənib. Hər il anım günlərində onu hörmət və məhəbbətlə anırıq. Ancaq biz nə etsək də, nə danışsaq da onun xidmətlərinin əvəzini ödəyə bilmərik. Ulu öndərin ölkəsi, xalqı, bütünlükdə türk dünyası üçün etdikləri əvəzsizdir, ölçüyə gəlməzdir. Böyük alman filosofu Karleyl Tomas deyib ki, “yer üzündə elə oğullar var ki, xalqlar onların adının arxasında gəlirlər. Belə oğulların sayı çox deyil”. Belə nadir oğullardan birini tanrı Azərbaycan xalqına bəxş etdi. Bu nadir insan da xalqının  adını, ölkəsinin bayrağını bütün dünyaya tanıtdı”.

Millət vəkili bildirib ki, Heydər Əliyevin dərin dünyagörüşü, fenomenal ağlı, hadisələri bəlkə yüz il əvvəl görmək bacarığı ona heç bir zaman səhv etdirmirdi. O xalqı üçün hər zaman düzgün qərarlar çıxarırdı:

“Son nəfəsində də yanılmadı. “Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım , lakin sona çatdıra bilmədiyim işləri o layiqincə davam etdirəcək”. Deyərkən də yanılmadı. Bizlərə ən doğru yolu göstərdi. Xalq ulu öndərin layiqli, mənəvi və siyasi davamçısı İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. İlham Əliyev də prezident andı içərkən “mən hər bir Azərbaycanlının prezidenti olacağam. Mən yaxşı prezident olacağam” deyə verdiyi sözü çox qısa müddətdə isbat etdi. Bu gün Azərbaycan regionunun söz sahibi, ən sürətlə inkişaf edən ölkəsi olmaqla birlik, həm də tam cəsarətimlə deyərdim ki, dünyanın nüfuzlu, sayılıb seçilən, ehtiram edilən ölkəsinə çevrilib. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan düzgün siyasətin həyata keçirilən yorulmaz fəaliyyətin, ən önəmlisi isə Heydər Əliyev dühasının təntənəsidir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir