Modern.az

İsa Qəmbər Rüstəm İbrahimbəyovun Milli Şura ideyasını dəstəklədi

İsa Qəmbər Rüstəm İbrahimbəyovun Milli Şura ideyasını dəstəklədi

Aktual

12 May 2013, 20:30

Müsavat başqanı İsa Qəmbər bu gün Laçından olan məcburi köçkünlərlə görüşüb. Müsavat partiyasının qərargahında keçirilən görüşdə İsa Qəmbər bir sıra məsələlər ətrafında fikir bildirib. Müsavat başqanı həmçinin kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şura ilə bağlı fikirlərini bildirib. Təmsil etdiyi partiyanın hər zamanı müxalifətin birliyinə tərəfdar olduğunu deyən İ.Qəmbər bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcəklərini qeyd edib:

“Biz birlik deyəndə müxalifətlə xalqın birliyini nəzərdə tuturuq. Gerçək müxalifətlə xalq birləşsə bütün çətinliklər aşılacaq. Müsavata birlik məsələsinə mane olması ittihamı ilə böhtan atmaq istəyyənlər də tapılır. Amma bilmirlər ki, Müsavat hər zaman eyni fikirli insanların, demokratik düşərgədə təmsil olunanların birliyini istəyib. Müsavat müxalifətin ən böyük birlik modellərindən olan İP-də lazımı səviyyədə təmsil olunur. Son vaxtlar Rüstəm İbrahimbəyovun birlik ideyaları müzakirə olunur. Burada ada əsas aparıcı hissə Müsavat Partiyasıdır. Səsləndirilən bütün birlik təkliflərində Müsavat öndə gedib. Əsas hədəfimiz gerçək müxalifətlə xalqı bütünləşdirmək, birləşdirməkdir. Bu prosesi sürətləndirmək isə bizdən keçir. Seçki və demokratik islahatların həyata keçirilməsi istiqamətində əməli işlər aparsaq, biz bu hakimiyyəti dəyişməyə nail olacağıq”-deyə  patiya başqanı vurğulayıb.


A.RÜSTƏMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir